Qazaxıstanın Jambıl vilayətində Müdafiə Nazirliyinə məxsus hərbi helikopter radarlardan itib.
Bizim.Media xəbər verir ki, bu barədə "Orda.kz" Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə istinadla məlumat yayıb.
Məlumatda bildirilir ki, "EC-145 Eurocopter" tipli helikopter iyulun 25-də Jambıl vilayətinin Otar kəndi yaxınlığında radarlardan itib. Helikopterdə üç ekipaj üzvü olub.
Hadisə ilə bağlı dərhal axtarış-xilasetmə tədbirlərinə başlanılıb. Müdafiə Nazirliyi bildirir ki, hadisənin səbəblərini araşdırmaq məqsədilə xüsusi komissiya yaradılıb və komissiya üzvləri hadisə yerinə ezam olunub.
Helikopterin 2020–2021-ci illərdə istismara qəbul edilib.
Qeyd edək ki, ötən gün Rusiyada da oxşar hadisə baş verib. "An-24" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 48 nəfər həyatını itirib.
Bizim.Media