Almaniyalı hücumçu Tomas Müller peşəkar futbolçu karyerasını davam etdirmək qərarını şərh edib.
90deqiqe.Az xəbər verir ki, "Bayern & Germany" təcrübəli futbolçunun dediklərini belə çatdırıb.
"Futbola olan həvəsim heç vaxt itməyib, buna görə də davam etmək qərarına gəldim. Mən hələ də aktiv futbolçuyam. Bu idman növündəki təzyiq, rəqabət və nəticə qazanmaq arzusu xoşuma gəlir. Bədənim buna imkan verdiyi müddətcə, bu fürsətdən yararlanmaq və oynamağa davam etmək istəyirəm. Avropada və Çempionlar Liqasında daha çıxış etməyəcəyimə baxmayaraq, bu mənim üçün hələ də həyəcanvericidir. Gələcəyin mənə nə gətirəcəyini səbirsizliklə gözləyirəm."
Alman futbolçu MLS barədə də danışaraq, bu liqaya keçidi istisna etməyib:
"MLS? Əlbəttə, bu barədə düşünmüşəm. Maraqlı və dinamik bir liqadır"
Uzun illər "Bavariya"nın formasını geyinən təcrübəli futbolçunun ABŞ-ın MLS liqasından bir klubla müqavilə imzalayacağı barədə məlumatlar yayılmışdı.