AZ

Tramp 9,1 milyard dollarlıq ixtisar paketini təsdiqləyib

ABŞ Prezidenti Donald Tramp xarici yardım və dövlət proqramlarında ümumilikdə 9,1 milyard dollarlıq ixtisarları nəzərdə tutan qanun layihəsini imzalayıb.

Bakues.az xəbər verir ki, “The Hill”in məlumatına görə, sənəd Konqres tərəfindən qəbul edildikdən sonra Trampın masasına göndərilib.

Paketdə 8 milyard dollar xarici yardımın və 1,1 milyard dollar daxili dəstəyin azaldılması nəzərdə tutulur.

Beləliklə, sənəd Trampın imzası ilə qanun gücü qazanıb. Demokratlar bu addımın ABŞ-nin beynəlxalq nüfuzunu zəiflədəcəyini və Çinin bu boşluğu doldura biləcəyini bildiriblər.

Seçilən
68
icma.az

1Mənbələr