AZ

Fransa Fələstini TANIMAĞA HAZIRLAŞIR

Yazını böyüt
Yazını kiçilt

Fransa prezidenti Emmanuel Makronun sentyabrda Birləşmiş Millətlər Təşkilatında (BMT) Fələstin dövlətini tanıyacaqlarını elan etməsi dünyada geniş rezonans doğurdu.

Hafta.az-ın yazdığına görə, Fransa BMT Təhlükəsizlik Şurası çərçivəsində və G7 ölkələri arasında bunu edən ilk ölkə ola bilər.

"Mən qərara gəldim ki, Fransa Yaxın Şərqdə ədalətli və davamlı sülhə dair tarixi öhdəliyinə sadiq qalaraq Fələstin Dövlətini tanıyacaq" deyən Makron digər ölkələri də eyni addımı atmağa dəvət edib. Makronun bəyanatından sonra Fransa rəsmisi CNN İnternational-a “Mən həmkarlarımla telefonla danışdım və əminəm ki, sentyabrda Fələstini tanıyan yeganə ölkə biz olmayacağıq” deyə bildirib.

Makronun açıqlamaları İsrailin baş naziri Binyamin Netanyahu tərəfindən tənqidlə qarşılanıb. Qərarı “terrorun mükafatı” kimi qiymətləndirən Netanyahu Fransanın bununla İsraili məhv etməyi hədəflədiyini bildirib.

ABŞ da Makrona reaksiya verib. ABŞ Dövlət Katibi Marko Rubio sosial mediada verdiyi açıqlamada, "ABŞ Emmanuel Makronun Fələstin dövlətini BMT Baş Assambleyasında tanımaq planını şiddətlə rədd edir" deyib.

Fransanın bəyanatından sonra Böyük Britaniya və Almaniya kimi ölkələrin mövqeyi sual altındadır. Böyük Britaniyanın baş naziri Keir Starmer, "Qəzzadakı iztirab və aclığın təsvir olunmaz və müdafiə olunmaz olduğunu" və bunun "Fələstin xalqının ayrılmaz hüququ" olduğunu bildirib.

Bu günə qədər 147 ölkə Fələstini tanıyıb. Bunlardan 8-i İsrailin 2023-cü il oktyabrın 7-də Qəzzaya hücumundan sonra baş verib. Aİ-yə üzv olan 27 ölkədən 11-i - İspaniya, Rumıniya, İsveç, İrlandiya və Bolqarıstan da daxil olmaqla Fələstin dövlətini tanıyır.

Seçilən
15
hafta.az

1Mənbələr