"Bənövşəyi xəttin üzərində tikiləcək yeni stansiyalar "Nizami" və "Sahil" stansiyalarının yaxınlığında, daha biri "Neftçilər" xəstəxanasının, digəri "Xətai" stansiyası ilə kəsişmədə, sonuncusu Ağ şəhər ərazisində inşa ediləcəklər".
Bu BAKU.WS-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Yaşıl xətt üzrə isə "Xətai" stansiyasından sonra 4 stansiyanın tikilməsi nəzərdə tutulub.
"Bu stansiyalar Ağ şəhər, Neftayırma zavodu, "Nargilə" adlanan ərazilərdə və "Həzi Aslanov" stansiyası ilə kəsişmədə inşa ediləcək", - Deyə Metropolitenin məlumatında vurğulanıb.
Qeyd edilib ki, Bakı metropoliteni xətlərinin konseptual inkişaf sxeminə əsasən Bakıətrafı qəsəbələrə metro xətlərinin çəkilməsi 2030-cu ildən sonrakı dövr üçün nəzərdə tutulub.
Banu Hüseynli