AZ

BDU-nun Hüquq fakültəsinin 12 məzunu dünyanın nüfuzlu universitetlərinin magistraturasına qəbul olub

Bakı, 25 iyul, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin məzunları bu il də beynəlxalq uğurlarını davam etdiriblər. Fakültənin 12 məzunu dünyanın aparıcı universitetlərinin magistraturasında təhsil almaq hüququ qazanıb.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Onların sırasında Kembric Universiteti, Oksford Universiteti, Kaliforniya Universiteti, Sinqapur Milli Universiteti, London Universitet Kolleci, Hamburq Universiteti, Şeffild Universiteti, Siena Universiteti, Sidney Universiteti kimi ali təhsil ocaqları yer alır.

Tələbələrin qəbul olunduqları universitet və ixtisaslar onların yüksək akademik göstəricilərini, hüquq sahəsində peşəkar hazırlıq səviyyələrini nümayiş etdirir. Bu nailiyyətlər həm də BDU-da hüquq təhsilinin beynəlxalq standartlara uyğun təşkil olunduğunu və məzunların qlobal rəqabətə hazır olduğunu göstərir.

Seçilən
63
azertag.az

1Mənbələr