AZ

Rusiyada yaşayış binasında partlayış - Ölənlər və yaralananlar var (VİDEO)

Bakı. Trend:

Rusiyanın Saratov şəhərində məişət qazının partlamasınəticəsində hündürmətəbəli yaşayış binasının bir hissəsi çöküb.

Trend bu barədəRusiya KİV-ə istinadən xəbər verir.

Partlayış dalğası nəticəsində Blinova küçəsində yerləşən binanınkünc blokunun onuncu mərtəbədən yeddinci mərtəbəyə qədər olanhissəsi dağılıb. Rusiya FHN mətbuat xidməti bildirib ki, hadisəzamanı biri uşaq olmaqla, üç nəfər həlak olub.

Dağıntılar altında qalanların olduğu bildirilib.

İlkin versiyaya görə, hadisə qaz borusunun partlamasınəticəsində baş verib.

Məlumata görə, bir neçə nəfər mənzillərində köməksiz vəziyyətdəqalıb. Xilasedicilər onlara bayıra çıxmağa yardım edir vədağıntılar altında qala biləcək şəxsləri axtarırlar."Mash"ın məlumatına görə, çökmüş binanın dağıntılarıaltından xilas edilən ilk şəxs beş yaşlı qız uşağı olub – onunüstünə beton plitə düşüb. Onun ardınca xilasedicilər daha 10 nəfərixilas ediblər.

Məqalədə:
Seçilən
28
1
az.trend.az

1Mənbələr