AZ

Radiasiya Problemləri İnstitutunun əməkdaşları Türkiyədə elmi-tədqiqat aparıblar

Bakı, 25 iyul, AZƏRTAC

Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunun (RPİ) Polimerlərin radiasiya kimyası və texnologiyası laboratoriyasının böyük elmi işçisi kimya üzrə fəlsəfə doktoru Rəna Xankişiyeva və Heterogen prosesləri radiasiya kimyası laboratoriyasının aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru Hacı Vahid Axundzadə 30 günlük elmi ezamiyyət çərçivəsində Türkiyənin İstanbul şəhərində yerləşən Yıldız Texniki Universitetində elmi tədqiqat aparıblar.

RPİ-dən AZƏRTAC-a bildirilib ki, ezamiyyət Azərbaycan Elm Fondunun 14-cü “Mobillik qrantı” müsabiqəsi çərçivəsində qalib gəlmiş “Bioparçalanan polimer kompozitlərin: alınması, xassələri və parçalanma xüsusiyyətlərinin tədqiqi” və “Butadien-nitril kauçuku (BNK) əsasında istiliyədavamlı materialların hazırlanması” layihələri əsasında reallaşıb. Layihələrin əsas məqsədi ekoloji cəhətdən dayanıqlı və sənaye üçün yararlı materialların hazırlanması olub.

Bundan əlavə, ezamiyyət zamanı Yıldız Texniki Universitetinin İnşaat fakültəsinin İnşaat mühəndisliyi bölümünün dosenti Mustafa Sinan Yardımla asfalt bitumunun xüsusiyyətlərinin yaxşılaşdırılması üzrə birgə tədqiqat imkanları müzakirə edilib.

Qeyd edək ki, hazırda “Tullantı yağlar əsasında asfaltın performansını artırmaq üçün yeni bitum əlavəsinin sintezi və xarakterizasiyası” mövzusunda ortaq elmi məqalə hazırlanır.

 

Seçilən
77
azertag.az

1Mənbələr