UEFA Konfrans Liqasında uğurlu devet edən “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Rahil Məmmədov karyerasını "ağ-qırmızılar"da davam etdirəcək.
29 yaşlı futbolçu ilə 1 illik müqavilə bağlanılıb.
Mərkəz müdafiəçisi ötən mövsümü Polşanın "Radomyak" klubunda keçirib.
Bundan öncə Rahil “Neftçi”, “Səbail”, “Zirə”, “Qarabağ” və LKS "Lodz"da (Polşa) forma geyinib.