"Mançester Siti" klubu yetirməsi Ceyms Traffordu geri qaytarır.
Offsideplus.az xəbər verir ki, 22 yaşlı qapıçı üçün "Nyukasl" klubu "Börnli"yə 27 milyon funt-sterlinq təklif etmişdi. "Şəhərlilər" onu satarkən müqaviləyə qoyduğu bənddən istifadə edərək eyni məbləği ödəyərək onu heyətinə cəlb edib.
22 yaşlı çərçivə qoruyucusu ilə 5+1 illik müqavilə imzalanacaq.
Bu barədə "The Athletic" məlumat yayıb.
Traffordun gəlişindən sonra "Mançester Siti"ni Ederson yox, Ştefan Orteqanın tərk edəcəyi gözlənilir.