Ötən ilin avqustunda “Sampdoriya”dan qovulandan bəri işsiz olan Andrea Pirlo bundan sonra Birləşmiş Ərəb Əmirliklərində çalışacaq.
Arena.az xəbər verir ki, italiyalı mütəxəssis bu ölkənin “Dubay Yunayted” komandasının baş məşqçisi təyin edilib.
Bu barədə BƏƏ klubunun mətbuat xidməti məlumat yayıb. Lakin 46 yaşlı mütəxəssislə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Xatırladaq ki, italiyalı məşqçinin sonuncu iş yeri “Sampdoriya” olub. Andrea Pirlo 2023-cü ilin yayından bu komandanı çalışdırırdı. 46 yaşlı məşqçinin “dənizçilər”in sükanı arxasında fəaliyyəti 45 oyun, 18 qələbə, 10 heç-heçə, 17 məğlubiyyətdən ibarətdir. “Sampdoiya” Pirlonun rəhbərliyi ilə 70 qol vurub, 73 qol buraxıb.
Pirlo daha öncə “Yuventus”un U-23 və əsas komandalarına, həmçinin Türkiyə təmsilçisi “Fatih Karagümrük”ə də baş məşqçilik edib.
