TBİLİSİ, 25 iyul. TELEQRAF
Gürcüstanda son 24 saat ərzində narkotik cinayətlərinə görə 34 nəfər saxlanılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze brifinqdə bildirib.
O, həmin şəxslərinin əksəriyyətinin iri narkotik alverçisi olduğunu deyib.
Nazir müavininin sözlərinə görə, saxlanılanlar arasında Gürcüstan vətəndaşları ilə yanaşı əcnəbilər də var. Onların üzərilərinə və yaşayış evlərinə baxış zamanı xüsusilə külli miqdarda fentanil, heroin, metadon, suboksin, marixuana daxil olmaqla müxtəlif növ narkotik vasitələr maddi sübut kimi müsadirə olunub.
Təqsirləndirilən şəxsləri 20 ilədək və yaxud ömürlük həbs cəzası gözləyir.