AZ

Pirlonun yeni iş yeri bilindi

Əfsanəvi italyan futbolçu, "Yuventus", "Karagümrük" və "Sampdoriya"nın sabiq baş məşqçisi Andrea Pirlonun yeni iş yeri müəyyənləşib.

Fanat.Az xəbər verir ki, 46 yaşlı mütəxəssis növbəti mövsüm Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) çalışacaq. 

O, “Dubay Yunayted” klubunun baş məşqçisi təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müqavilənin müddəti və digər detallar açıqlanmayıb.

Pirlo baş məşqçi postunda niderlandlı Kvinsi Promesi əvəzləyib. 
 

Seçilən
50
fanat.az

1Mənbələr