AZ

Vaşinqton - Bakı münasibətləri,Trampın hədəfi- Açıqlama

“Bayden administrasiyasının yürütdüyü  siyasət nəticəsində  ABŞ-Azərbaycanla münasibətlərində gərginlik yaşanıb. Lakin Donald Trampın yenidən  ABŞ-ın prezidenti seçilməsindən sonra Bakı ilə Vaşinqton münasibətlərində   müsbət istiqamətdə yeni bir mərhələ başlayıb. Burada sevindirici hal ondan ibarətdir ki, Tramp administrasiyası   Azərbaycanla münasibətlərə Bayden administrasiyasından  fərqli yanaşır.  Bunun nəticəsidir ki, Bakı ilə Vaşiqnton arasında  əlaqələr  getdikcə müsbət dinamika üzrə inkişaf etməkdədir”.

Bunu Ölkə.az açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli  ABŞ-Azərbaycan münasibətlərinin mövcud vəziyyətini şərh edərkən deyib.

Onun sözlərinə görə, təbii ki, ABŞ-da  bəzi qüvvələr iki ölkə arasındakı müsbət dinamikanı həzm edə bilmirlər və ona görə də hər fürsətdə buna qarşı çıxıb münasibətlərə kölgə salmağa şalışırlar.

Siyasi şərhçi əlavə edib ki,  rəsmi Bakı Tramp administrasiyasının  Azərbaycanayönəlik siaysətini müsbət qiymətləndirir: “Prezident İlham Əliyevin III Şuşa Qlobal Forumunda  ABŞ və prezident Trampla bağlı səsləndirdiyi fikirlər bunun bariz nümunəsidir.  Rəsmi Bakı Tramp administrasiyasının Cənubi Qafqazla bağlı yürütdüyü  siyasət bölgədə  dayanıqlı sülhə xidmət etdiyi qənaətindədir.  O baxımdan da Prezident İlham Əliyevin  Forumda  ABŞ və Trampla bağlı  söylədikləri adi diplomatik nəzakət xatirinə deyilən fikirlər deyil. Bu sözlərin arxasında müəyyən fikirlər, real ola biləcək layihələr dayanır”. 

Q. Əlibəylinin fikrincə,  Tramp administrasiyası Azərbaycanın Cənubi Qafqazda artmaqda olan nüfuzunu, rolunu və təsirini çox yaxşı başa düşdüyündən,  bu təsiri Ermənistan, Rusiyanın xeyrinə dəyişmək istəmir: “Tramp administrasiyası qəbul edir ki, Azərbaycan tərəfi bölgədə söz sahibidir və onsuz bölgəyə daxil olmaq, öz maraqlarını təmin etmək mümkün deyil. ABŞ- da Cənubi Qafqazda geosiyasi, geoiqtisadi maraqlarını təmin etmək istəyirsə Azərbaycanla sıx təmas qurmalıdır. 

Bölgə uğrunda mübarizə aparan güclərin əsas hədəflərində biri də Zəngəzur dəhlizi layihəsinin reallaşmasındakı maraqlarını təmin etməkdir. İndi Tramp administrasiyası Zəngəzur dəhlizinin Amerikanın xüsusi şirkətlərinə 99 il müddətinə icarəyə verilməsini rəsmən irəli sürüblər. Tramp hakimiyyəti qəbul edir ki, Zəngəzur dəhlizinin açılması sülh müqaviləsinin imzalanması ilə əlaqədardır.

Bu səbəbdən də  Ağ Ev hesab edir ki,  belə bir vəziyyətdə Azərbaycanla münasibətləri gərginləşdirmək bölgədəki maraqlarına ziddir. Yəni Amerikanın bölgədəki maraqları Azərbaycanla normal əməkdaşlıq tələb edir”. 

Əliybəyli əlavə edib ki, ABŞ-Azərbaycan arasındakı münasibətlərin istiləşməsi təbii olaraq bəzi güclər, xüsusən də Rusiya və İran tərəfindən qıcıqla qarşılanır: “Son günlərdə Rusiya tərəfinin Azərbaycana qarşı təhdid, təzyiq  siyasətinin araxasında dayanan məqamlardan biri dəə bununla bağlıdır.

Ona görə də hesab edirəm ki, Amerikanın bu şəkildə bölgəyə daxil olması geosiyasi təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Təbii ki, Birləşmiş Ştatlar öz maraqlarını güdür. Onun üçün də Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə əlaqədar çalışır ki, bölgədə sabitlik olsun. Onun üçün cənab Prezidentin söylədiyi fikirlərin arxasında duran məsələlərdən biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Bütün hallarda Ağ Evin siyasəti birmənalı olmasa da, hər halda, düşünürəm ki, ABŞ-ın bölgəyə təsir etmək imkanlarının artması Rusiyanın təsir imkanlarının azalmasına gətirib çıxaracaq. Bir sözlə Trampın əsas hədəfindən biri də Rusiya və İranı bölgədən sıxışdırmaqdır”.

 Mürtəza

Seçilən
31
1
olke.az

2Mənbələr