ain.az, Avtosfer saytına istinadən bildirir.
Paytaxtın Heydər Əliyev prospektində kobud qayda pozan sürücü görüntülənib.
Bu barədə sürücülük təlimçisi Arzu Babazadə Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Hadisə iyulun 25-də saat 10:23 radələrində qeydə alınıb. Kadrdan da göründüyü kimi, 99-TK-846 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü yanacaqdoldurma məntəqəsinə əks istiqamətdən girib. Üstəlik o, məntəqəyə sərt şəkildə daxil olub və təkərin yer səthində sürtünməsi səsləri çıxarıb. Xoşbəxtlikdən hadisə zamanı qarşı tərəfdən gələn nəqliyyat vasitəsi olmayıb.
Təlimçi bir qisim sürücülərin əks istiqamətdən gələrək sözügedən YDM-yə girdiklərini bildirib. O, eyni zamanda bəzi ərazilərdə də belə xoşagəlməz mənzərənin şahidi olduğunu vurğulayıb.
Nərmin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.