AZ

Lənkəran və Astarada polis nəzarəti GÜCLƏNDİRİLİB – FOTO

Lənkəran və Astarada turizm zonalarında polis nəzarəti gücləndirilib.

Yay turizm mövsümünün qızğın vaxtı ilə əlaqədar Lənkəran və Astaranın çimərlik və istirahət zonalarında polis əməkdaşları tərəfindən profilaktik tədbirlər həyata keçirilir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, vətəndaşların sərbəst və təhlükəsiz şəkildə istirahət etmələrini təmin etmək məqsədilə ərazidə xidmət aparan polis əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.

İstirahət zonalarında ətraf mühitin çirkləndirilməməsi və təhlükəsizlik qaydalarına ciddi riayət olunması ilə bağlı vətəndaşlarla maarifləndirici söhbətlər aparılır.
 

Bundan əlavə, çimərliklərdə və insanların sıx toplaşdığı digər ərazilərdə müxtəlif növ nəqliyyat vasitələrinin idarə edilməsinin yolverilməz olduğu və bu cür halların təhlükəli nəticələrə səbəb ola biləcəyi vətəndaşların diqqətinə çatdırılıb.


Polis əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir.






Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
67
bizim.media

1Mənbələr