Zelenski Avropa İttifaqından ukraynalı hərbçilərin maaşlarının artırılmasına dəstək istəyəcək
Kiyev, 25 iyul — Ukrayna Prezidenti Vladimir Zelenski Avropa İttifaqı ölkələrinə müraciət edərək, ukraynalı hərbçilərin maaşlarının artırılması üçün maliyyə dəstəyi istəyəcəyini bəyan edib. Dövlət başçısının sözlərinə görə, bu addım ölkənin müdafiə qabiliyyətini qorumaq və yeni çağırışçıların çatışmazlığını aradan qaldırmaq üçün vacibdir.
> “Avropalılar daha əvvəl hərbçilərimizin maaşlarını maliyyələşdirməkdən imtina edirdilər, yalnız silah verirdilər. Halbuki bizim hərbçilərin özü elə silahdır, bütün Avropanı qoruyur”, – deyə Zelenski Kiyevdə jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərini Bloomberg agentliyi yayıb.
Ukraynada davam edən səfərbərlik kampaniyası ictimai dəstəyi itirməkdədir – cəmiyyət artıq dörd ildir davam edən müharibədən yorulub. Rusiya əsgərləri yüksək maaşla müqavilə əsasında xidmətə cəlb etdiyi halda, Ukrayna könüllülərə üstünlük verməyə çalışır və bunu daha yüksək ödənişlərlə stimullaşdırır.
Lakin maaş artımı dövlət büdcəsinə ciddi yük yaradır – artıq büdcə kəsiri ÜDM-in 20 faizini ötür.
//Samir Qurbanov, Editor.az