Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi Albaniyanın “Partizani” komandasının baş məşqçisi istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi Skender Qeqonun müqaviləsinə xitam verib.
Qeqo son olaraq komandanı Avropa Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin “Nomme Kalyu” (1:1, 0:1) ilə oyunlarına çıxarmışdı. “Partizani” Estoniya təmsilçisi ilə doğma meydanda baş tutmuş cavab görüşündə uduzaraq, avrokuboklardan kənarda qalmışdı.
Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna bu yay keçib. “Nomme Kalyu” ilə ilk matçda iştirak etməmiş azərbaycanlı futbolçu cavab görüşündə start heyətdə yer almışdı. O, 40-cı dəqiqədə sarı vərəqə almış, 91-ci dəqiqədə əvəzlənmişdi.
