Ukrayna artıq Almaniyadan yeddi ədəd IRIS-T hava hücumundan müdafiə sistemi alıb. Bu barədə Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeev jurnalistlərə açıqlamasında bildirib. Məlumatı Interfaks-Ukrayna yayıb.
Diplomatın sözlərinə görə, yaxın günlərdə daha bir IRIS-T sistemi Ukraynaya göndəriləcək.
“Artıq yeddi sistem göndərilib, səkkizinci yoldadır”, – deyə Makeev qeyd edib.
Səfir əlavə edib ki, Almaniya Ukraynaya zəruri hava hücumundan müdafiə sistemlərinin tədarükünü davam etdirir.
//Samir Qurbanov, Editor.az