AZ

Ləğv prosesində olan “Günay Bank”ın 43 min borcu yaranıb

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə lisenziyası ləğv edilən “Günay Bank” ASC-nin vergi borcu yaranıb.

Yenisabah.az xəbər verir ki, ASC-nin hazırda vergiyə olan borcu 43 min manat təşkil edir.

Qeyd edək ki, rəsmi məlumatlarda ASC-nin qanuni təmsilçisi kimi Piriyev Tural Qüdərt oğludur. pizza sifarişi

Tural Piriyev hazırda Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorudur.

Xatırladaq ki, “GünayBank” ASC-nin lisenziyası 2023-cü ildə ləğv olunub. Bankın sahibləri Mahmud Məmmədov və Yeganə Şirinova idi.

Mərkəzi Bank açıqlamasında qeyd etmişdi ki, “GünayBank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0,6%, kredit portfelində 1%, sektorun öhdəliklərində isə cəmi 0,5% təşkil edir. 2023-cü ilin I rübünün sonuna bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 mln. manat təşkil edir. Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq. Bankın fəaliyyət göstərdiyi filialların sayı 10, şöbələrin və valyuta mübadilə məntəqələrinin sayı isə 4 olub.

“GünayBank”ın sahibi Mahmud Məmmədov isə Mərkəzi Bankı qınayaraq bildirmişdi ki, bankın ehtiyacı olsa da, Mərkəzi Bank “GünayBank”a vəsait ayırmayıb.

Musavat.com


Telegram kanalımız
Seçilən
47
4
yenisabah.az

6Mənbələr