Rusiya Fələstin məsələsində öz mövqeyini BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanaraq formalaşdırır.
News24.az bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
Peskovun sözlərinə görə, Moskva Yaxın Şərqdə sülhün və sabitliyin təmin olunmasında beynəlxalq hüququn əsas prinsiplərinə sadiqdir:
“Rusiya Fələstin məsələsində mövqeyini inkişaf etdirərkən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi sənədləri rəhbər tutur. Bu, uzunmüddətli və ədalətli həll yolunun əsasını təşkil edir”, – deyə o vurğulayıb.
Aqil