Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifədən kənarlaşdırılmış sədri Əkrəm İmamoğlu səhər saatlarında xəstəxanaya aparılıb.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.
Bildirilib ki, həbsdə olan İmamoğlu belində yaranan ağrılar səbəbindən Silivri Dövlət Xəstəxanasına çatdırılıb.
Müayinədən sonra o, yenidən saxlanıldığı müəssisəyə geri qaytarılıb.
Firuzə Əliyeva
Sfera.az