Culfa rayonundakı “Ortakənd” qızıl yatağının istismarı üçün aktiv hazırlıq işləri aparılır. Beynəlxalq standartlara uyğun yatağın Yerin təkində qızıl ehtiyatı 542 min unsiya hesablanıb.
Teleqraf-ın məlumatına görə, bu barədə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.
Onun sözlərinə görə, qızıl ehtiyatının satıla bilən miqdarı isə 237 min unsiya qiymətləndirilib. “Ortakənd” yatağının 2028-ci ildə istismara verilməsi nəzərdə tutulub:
"Hazırda ilkin texniki-iqtisadi hesablama (Scoping study) parametrləri üzrə araşdırmalar davam etdirilir. Sosial, iqtisadi və ekoloji faktorlar nəzərə alınmaqla yatağın satılabilən ehtiyatlarının daha da artırılması üçün optimal hasilat və emal texnologiyaları araşdırılır.
Culfa və Ordubad rayonlarında yerləşən digər perspektiv sahələrdə də tədqiqatlar aparılır. Söhbət “Göydağ” mis-molibden, “Başkənd” mis və “Nəsirvaz” polimetal təzahürləri sahələrindən gedir. Cari il ərzində “Göydağ” və “Başkənd” yataqlarının ehtiyatlarının beynəxalq standartlara uyğun hesablanması nəzərdə tutulub. “Göydağ” yatağının 2029-cu ildə, digər yataqların tədqiqatların son nəticələrindən asılı olaraq növbəti illərdə istismara verilməsi proqnozlaşdırılır. Mmədən layihələrinə hazırlıq prosesi Avstraliya, Kanada, Çin kimi nəhəng dağ-mədən ölkələrində belə bir sıra amillərdən asılı olaraq bəzən 20 ilə qədər vaxt tələb edir. Təbii ki, bu müddəti müəyyən edən yatağın miqyasının böyüklüyü, geoloji quruluşunun mürəkkəbliyi, yerləşdiyi relyef, şirkətin resursları və digər texniki amillərdir. Biz kəşfiyyat mərhələsindən istismar işlərinin başlanılmasına qədər olan prosesi7-9 il ərzində tamamlamağa çalışırıq".
Zakir İbrahimov bildirib ki, bugünədək strateji layihələrə yönəldiləninvestisiyalar 803 milyon manattəşkil edib. Bu vəsaitin 75%-i daxili imkanlar hesabına təmin edilib:
"“AzerGold” qızıl layihələrinin icrası məqsədilə kapital qoyuluşunu öz hesabına həyata keçirir. Bu istiqamət üzrə dövlət büdcəsindən asılılıq tamamilə aradan qaldırıb".