Azərbaycan cüdoçuları Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirini medalsız başa vurublar.
"Report" xəbər verir ki, bu gün mübarizəyə qoşulan hər üç milli üzvü fəxri kürsüdən kənarda qalıb.
Turan Bayramov (60 kq) bürünc medal uğrunda görüşdə rəqibinə yenilib.
Balabəy Ağayevlə (60 kq) Elşən Əsədov (66 kq) isə daha erkən mərhələrdə mübarizəni dayandırıblar.