"Anadolu Efes" yeni mövsüm öncəsi heyətini gücləndirməyə davam edir.
Offsideplus.az xəbər verir ki, İstanbul klubu İsayya Kordinyeni heyətinə cəlb edib. Fransalı basketbolçu ilə 2 illik müqavilə imzalanıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Kordinye 2021-ci ildən bəri "Virtus Bolonya"da çıxış edirdi. O, İtaliya klubu ilə 2022-ci ildə Avropa kubokunun qalibi olub.