AZ

Qarabağ və Şərqi Zəngəzurdan banklara əmanət qoyuluşlarının həcmi məlum olub

Bakı. Trend:

Cari ilin iyulun 1-nə olan məlumata görə, Qarabağ iqtisadirayonundan banklara qoyulmuş əmanətlərin həcmi 98,556 milyon manatolub.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici bir ay əvvələ nisbətən 6,973milyon manat və ya 7,6%, 2024-cü ilin iyunun 1-nə olan göstəriciilə müqayisədə isə 2,986 milyon manat və ya 3,1% çoxdur.

Eyni zamanda, 2025-ci ilin iyulun 1-nə Şərqi Zəngəzur iqtisadirayonundan banklara qoyulmuş əmanətlərin həcmi 719 min manat olubki, bu da bir ay əvvəlki göstərici ilə müqayisədə 56 min manat,yaxud 8,4% artım deməkdir.

Qeyd edək ki, bu ilin iyulun 1-nə Azərbaycanda regionlar üzrəcəlb olunmuş əmanətlərin həcmi 15,437 milyard manat təşkil edib ki,bu da əvvəlki ayla müqayisədə 374 milyon manat, yaxud 2,5%, 2024-cüilin iyunun 1-nə olan göstərici ilə müqayisədə isə 1,256 milyardmanat və ya 8,9% çoxdur.

Seçilən
41
1
az.trend.az

2Mənbələr