Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi qeyri-formal məşğulluğun vətəndaşı hansı hüquqlardan məhrum etdiyinə dair suala aydınlıq gətirib:
- Şəxsin əmək hüquqları və sosial müdafiəsi təmin olunmur;
- Pensiya kapitalı və sosial sığorta ödənişləri yığılmır – gələcəkdə pensiya almaqda çətinlik yaranır;
- İşçi əmək mübahisələri zamanı hüquqlarını qanuni şəkildə müdafiə edə bilmir;
- İşsizlikdən sığorta ödənişləri bu şəxslərə şamil edilmir;
- Şəxs ödənişli əmək məzuniyyətindən (həmçinin analıq məzuniyyəti) yararlana bilmir, eləcə də digər dövlət təminatlarından yararlanmaq mümkün olmur.
Rəsmi məşğulluq həm fərdin hüquqlarının qorunması, həm də ümumi rifahın yaxşılaşdırılması baxımından vacibdir.