BAKI, 25 iyul. TELEQRAF
Hindistanın Racastan ştatında məktəb binasının bir hissəsi çöküb.
Teleqraf xəbər verir ki, bu barədə "Times of India" məlumat yayıb.
Bildirilir ki, Hadisə zamanı azı 7 şagird ölüb, 29-u isə yaralanıb və onlardan ikisinin vəziyyəti ağırdır.
"Hadisə şagirdlər səhər dualarına toplaşarkən baş verib və onların bir çoxu şagird binada olub",- məlumatda deyilir.