"Fənərbağça" klubunun baş məşqçisi Joze Mourinyo heyətdəki oyunçularla bağlı qərar verib.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 4 futbolçunu heyətdə düşünmür: Aleksandr Ciku, Oqnyen Mimoviç, Rodriqo Bekao və Sofyan Amrabat.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Mourinyo 4 oyunçunun da satıla biləcəyini bildirib.

Bu futbolçulardan Ciku və Bekao 2023-cü ildə transfer olunub. Amrabat ötən ilin yayında komandaya qoşulub. Mimoviç isə bu ilin qışında komandaya gəlib. O, daha sonra "Zenit"ə icarəyə verilib.