"Çelsi" klubu "Yuventus"un gənc futbolçusu Kenan Yıldız üçün 65 milyon avro təklif edib.
Offsideplus.az xəbər verir ki, lakin "qoca sinyora" bunu qəbul etməyib.
Bu barədə "Gazzetta dello Sport" məlumat yayıb.
20 yaşlı K. Yıldız iki mövsümdür "Yuventus"un əsas komandasında çıxış edir. O, son mövsüm 52 oyunda meydanda olub və 12 qol vurub.
Transfermarkt portalına görə türkiyəli vingerin bazar dəyəri 50 milyon avrodur.