Bu məmurun 5 müavini, 4 müşaviri var- Bəs faydası necə?..
Lakin bəzi dövlət qurumlarının strukturları bu ümumi islahat kursuna uyğun gəlmir və ciddi suallar doğurur. Ajans.az xəbər verir ki, Editor.az-ın apardığı kiçik araşdırma göstərib ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mövcud idarəetmə modeli, çoxsaylı rəhbər postları və geniş departament şəbəkəsi ilə bu mənada xüsusi diqqət çəkir. Hazırda ADY-də 1 sədr, 5 sədr müavini və 4 sədr müşaviri fəaliyyət göstərir ki, bu da təkcə rəhbərlik səviyyəsində 9 yüksək vəzifəli şəxs deməkdir. Eyni zamanda qurumun tərkibində 20 ayrı departament mövcuddur.
Ekspertlər hesab edirki, bu qədər çoxsaylı struktur vahidlərinin saxlanılması həm idarəetmədə təkrarlanmaya, həm də büdcə xərclərinin artmasına səbəb olur. Çünki bu səviyyədə vəzifəli şəxslər kifayət qədər yüksək məbləğdə maaş alır, eyni zamanda digər xidməti imtiyazlara əhatə olunurlar. Ekspertlər hesab edir ki, bəzi hallarda bu cür vəzifələr və struktur vahidləri real ehtiyacdan yox, dost-tanışa vəzifə yaratmaq, mövqeləri bölüşdürmək məqsədilə qurulur. Nəticədə isə həm idarəetmənin çevikliyi pozulur, həm də xərclərin əsaslandırılması sual altına düşür. 