AZ

"Mançester Yunayted"in sabiq futbolçusu qadınlar haqqında fikirlərinə görə üzr istədi

"Mançester Yunayted"in sabiq hücumçusu, hazırda Meksikanın "Quadalaxara Çivas" klubunda çıxış edən Xavyer Hernandes qadınlar haqqında səsləndirdiyi fikirlərə görə ictimaiyyətə üzr bildirib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə futbolçu sosial şəbəkələrdə yaydığı paylaşımında qeyd edib:

"Məni dəstəkləyən, fikirlərini mənimlə hörmət çərçivəsində bölüşən və məni daha yaxşı biri olmağa təşviq edən hər kəsə səmimi təşəkkür edirəm. Son açıqlamalarımdan doğan hər hansı anlaşılmazlıq və ya inciklik üçün dərin təəssüf hissi keçirirəm. Heç vaxt kimisə incitmək, məhdudlaşdırmaq və ya bölmək niyyətində olmamışam."

Çiçarito həmçinin ata, kişi və cəmiyyətin bir üzvü kimi davranışlarında hörmət, təvazökarlıq və məsuliyyətin vacibliyini vurğulayıb:

"Belə həssas mövzularda fikirlərimi daha aydın və anlayışlı şəkildə ifadə etməyə çalışıram. Dəyişiklik insanın özündən başlayır. Bu vəziyyətdən nəticə çıxarıb, daha yaxşı bir versiyama çevrilmək üçün çalışacağam – dürüstlük, ailəmə olan sevgi və dəyərlərimə bağlılıq əsasında. Bu yolda anlayışınız, dəstəyiniz və sevginiz üçün minnətdaram." – deyə o, paylaşımında bildirib.

Qeyd edək ki, daha əvvəl o, qadınların ev işini patriarxal zorakılıq kimi qiymətləndirməməli olduğunu söyləmişdi. Bu fikirlər cəmiyyətin bir hissəsi tərəfindən tənqidlərə səbəb olub.

Seçilən
115
90deqiqe.az

1Mənbələr