AZ

Qarabağ Dirçəliş Fondunun mənfəəti 43%, ianədən gəlirləri isə 3 dəfəyə yaxın azalıb

Qarabağ Dirçəliş Fondu 2024-cü ili 137 milyon 525 min manat xalis mənfəətlə başa vurub. 2023-cü ildə Fondun mənfəəti 240 milyon 553 min manat olub ki, bu da illik müqayisədə 43% azalıb.

Banker.az bu barədə  Maliyyə Hesabatları və Müstəqil Auditorun Hesabatına istinadən xəbər verir.

2024-cü il ərzində Qarabağ Dirçəliş Fonduna ümumilikdə 80,286,899 AZN ianə olunub ki, bu da illik müqayisədə 2.6 dəfə azalmadır. Fond sərbəst vəsaitin bir qismini qiymətli kağızlara yerləşdirməklə 2024-cü il ərzində 74,579,021 AZN maliyyə (investisiya) gəliri əldə edib.

Əldə edilən maliyyə gəlirləri keçən ilin göstəriciləri ilə müqayisədə 58% artıb. Nəticədə, maliyyə gəlirlərinin Fondun il üzrə ümumi gəlirlərində payı 18.60%-dən 48.16%-ə qədər yüksəlib.

Bununla da, 31 dekabr 2024-cü il tarixinə Fondun cəmi aktivlərinin həcmi 9.5% və ya 140,7 milyon manat artaraq 1,617,812,902 AZN-ə çatıb.

2024-cü il üçün Fondun mənfəət vergisi 14,596,022 AZN təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 5,198,877 AZN (55.32% ) çoxdur.

Seçilən
107
banker.az

1Mənbələr