AZ

Biznes, istehlak və ipoteka kreditlərinin həcmi açıqlanıb

Bu ilin iyun ayında bankların kredit portfeli may ayı ilə müqayisədə 0,3 faiz və ya 85,6 milyon manat artaraq 28,472.1 milyon manata çatıb.

Mərkəzi Bankın hesabatına əsasən, kredit portfelinin strukturunda biznes kreditlərinin payı 53,2 faiz (15 143,7 milyon manat), istehlak kreditlərinin payı 31,3 faiz(8 898,3 milyon manat), ipoteka kreditlərinin payı isə 15,5 faiz (4 430,2 milyon manat) təşkil edib.

Ay ərzində bankların biznes, istehlak və ipoteka portfeli müvafiq olaraq 43,7 milyon manat (+0,3 faiz), 16,4 milyon manat (+0,2 faiz) və 25,6 milyon manat (+0,6 faiz) artıb.

Seçilən
19
vergiler.az

1Mənbələr