AZ

Qanunla evdə neçə pişik və it saxlamaq olar? Şərh

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bir çox heyvansevərlər var ki, evlərində bir yox, məsələn, bir neçə pişik və ya it olur.

Bəs bu doğrudurmu?

Bu barədə Gununsesi.info-ya hüquqşünas Uğur Əliyev danışıb.

O, bu barədə deyib:

“İnzibati Xətalar Məcəlləsinə görə, bir ailə şəhərdə maksimum 2 pişik və 1 it saxlaya bilər”.

Bəs məsələn, it doğubsa?

Hüquqşünas bu barədə isə deyib:

“Əgər itiniz doğunsa, say həddini aşmamaq şərti ilə onları sığınacağa verməlisiniz. Yaxud da, digər bir şəxsə hədiyyə edə. Əks təqdirdə, bu, İnzibati Xətalar Məcəlləsinə görə, 200 manat məbləğində cərimə ilə nəticələnə bilər”.

Afət

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
84
icma.az

1Mənbələr