Moskva "Spartak"ının baş məşqçisi Deyan Stankoviçin "İnter"də çıxış edən oğlu Aleksandr Stankoviçin "Brügge"yə keçidi rəsmiləşib.
90deqiqe.Az-ın məlumatına görə, 19 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 2028/2029 mövsümünün sonuna qədər müqavilə imzalayıb.
Yarımmüdafiəçi "Brügge"də 25 nömrə altında çıxış edəcək. Mətbuatda yayılan məlumata görə, Serbiyanın gənclərdən ibarət futbolçunun Belçika klubuna transfer qiyməti 9,5 milyon avro olub.
Xatırladaq ki, Aleksandar Stankoviç İnter akademiyasının məhsuludur. Futbolçu ötən mövsümü icarə əsasında İsveçrənin “Lüsern” klubunda keçirib.