AĞDAM, 25 iyul. TELEQRAF
Ağdamda başlayan yanğın Xocavənd rayonunun ərazisinə keçib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayon Gülablı kəndində başlayan yanğın geniş əraziyə yayılaraq, Xocavənd rayon Mirikənd kəndində ərazisinə keçib.
Hazırda FHN-nin Ağdam, Ağcabədi, Yevlax,Xankəndi rayonlarından 7 yanğınsöndürən olmaqla 80 nəfər şəxsi heyət və 2 helikopter yanğınla mübarizə aparır.