AZ

"Sabah" favoritdir, amma "Petrokub" "comeback" etməyə qadirdir" - MÜSAHİBƏ

Azərbaycanda uzun illər legioner həyatı yaşamış, "Bakı" və Moldova millisinin sabiq kapitanı Aleksey Savinov Sportal.az saytına müsahibə verib. Hazırda Bolqarıstanda “Fratriya”klubunu çalışdıran Savinov Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Petrokub” – “Sabah”(0:2) oyununu şərh edib. “Petrokub"un da baş məşqçisi olmuş Aleksey həmyerlilərinin növbəti mərhələyə adlamaq şanslarını da dəyərləndirib.

- "Petrokub"un “Sabah”la görüşdə uğurlu nəticə qazanacağına inanırdın?

- Əlbəttə ki, "Petrokub"un uğurlu nəticə qazanacağına inanırdım. İndiki durumda belə, “Petrokub”un mərhələ adlayacağına inanıram. Bilirəm ki, “Petrokub” “Sabah”a asan təslim olmayacaq. Çünki onlar güclü xarakterə malik komandadır. Cavab görüşü də maraqlı keçəcək.

- “Sabah” Avropa Liqasında təsnifat mərhələsində “Çelye”yə uduzaraq, iştirakına Konfrans Liqasında davam edəcək. Onlardan gözlənti yüksəkdir. Sənin bu haqda fikrin necədir? “Sabah”ı bəyəndin?

- “Sabah”ı səfərdə uğurlu nəticə münasibəti ilə təbrik etmək lazımdır. Onlar “Petrokub”la görüşdə qol buraxmadı. Bu da onu göstərir ki, “Sabah” yaxşı təşkilatlanmış komandadır. İki qol vurdular, “Petrokub”un futbolçularının fərdi səhvlərindən də yaxşı istifadə etdilər. Demək ki, düzgün strategiya qurulub və hücum mövqeyində fərdi ustalığı yüksək olan oyunçular oynayır.

- Necə düşünürsüz, “Petrokub” “Sabah”la Bakıdakı görüşdə geridönüş edə biləcək?

- Əminəm ki, “Sabah”ın arxayınlaşması üçün hələ çox erkəndir. Təkrar edirəm ki, “Petrokub” xarakteri olan komandadır. İnanıram ki, onlar sona qədər mübarizə aparacaq.

- Bəs, Bakıdakı matçla bağlı proqnozunuz necədir?

- Proqnoz vermək xoşlamıram. Amma bayaq dediyimi təkrar edəcəm. Əminəm ki, “Petrokub” səfər görüşünə daha yaxşı hazırlaşıb, sonuna qədər mübarizə aparacaq.

- “Petrokub” növbəti mərhələyə vəsiqə qazanmasa, Moldovada bunu necə qarşılayacaqlar?

- Təbii ki, bu, yaxşı nəticə hesab edilməyəcək. Komanda əvvəllər avrokuboklarda uğurlu nəticələr əldə edib. Azarkeşlərin gözləntisi də başqa cürdür. Əminəm ki, klub rəhbərliyi, məşqçilər korpusu və futbolçuların özləri daha da irəli getməsələr, sevinməyəcəklər. Cavab oyunundan əvvəl favorit “Sabah”dır. Lakin "Petrokub" "comeback" etməyə qadirdir. 

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Seçilən
17
2
sportal.az

3Mənbələr