AZ

Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşlarının həcmi artıb

Bakı. Trend:

Bu ilin iyulun 1-nə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə kreditqoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə 726 min manat və ya6,5% artaraq, 11,814 milyon manata bərabər olub.

Trend bubarədə Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata əsasən, hesabat dövründə bu göstərici üzrə orta faizdərəcəsi 17,55% təşkil edib.

Sözügedən dövr ərzində regiona qoyulmuş kreditlərin 11,117milyon manatı milli valyutada, 697 min manatı isə sərbəst dönərlivalyutada (SDV) yerləşdirilib.

Eyni zamanda, cari ilin iyulun 1-nə Qarabağ iqtisadi rayonu üzrəisə kredit qoyuluşlarının həcmi 500,026 milyon manat təşkil edibki, bu da əvvəlki ayla müqayisədə 4,072 milyon manat və ya 0,8%,ötən ilin eyni dövrünə nisbətən isə 52,812 milyon manat və ya 11,8%çoxdur.

Məlumata əsasən, hesabat dövründə sözügedən region üzrə kreditqoyuluşlarının orta faiz dərəcəsi 19,58%-ə bərabər olub.

Dövr ərzində regiona qoyulmuş kreditlərin 498,761 milyon manatımilli valyutada, 1,265 milyon manatı isə sərbəst dönərli valyutada(SDV) yerləşdirilib.

Qeyd edək ki, 2025-ci ilin iyulun 1-nə Azərbaycanın cəmiregionları üzrə kredit qoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə86 milyon manat və ya 0,3% azalıb, 2024-cü ilin eyni dövrü iləmüqayisədə isə 3,043 milyard manat və ya 12% artaraq, 28,472milyard manata bərabər olub.

Seçilən
40
1
az.trend.az

2Mənbələr