Ukrayna ehtiyaclarını ödəmək üçün 65 milyard dollar tapmalıdır.
Editor.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib. Zelenskinin açıqlamaları Ukraynanın “Strana.ua” nəşrinin Telegram kanalında dərc olunub.
O, büdcə kəsirinin bağlanması üçün 40 milyard lirə, dron istehsalı üçün isə 25 milyard lirənin lazım olduğunu bildirib.
“Raketlər, pilotsuz uçuş aparatları, elektron müharibə – bu sahə 25 milyard dollara başa gəlir. Əgər onların hamısını əhatə etsək, bu, artıq 65 milyard dollardır. Mən bunun üzərində işləməyə başlamışam. Bu, çox çətin məsələdir, amma mən artıq başlamışam”, – deyə o, məsələni müzakirə etdiyi Avropa ölkələrinin rəhbərlərini və qurumlarını sadalayıb.
Zelenski qeyd edib ki, avropalılar Ukrayna əsgərlərinin maaşlarına deyil, yalnız silaha vəsait ayırıblar.
//Gülnarə Abasova, Editor.az