AZ

Corc Dik: Azərbaycanla təhsil, tibb və digər sahələrdə də əməkdaşlığımız genişlənir

Bakı, 25 iyul, AZƏRTAC

2023-cü ildə Azərbaycanın Təl-Əvivdə səfirlik açması 30 illik dostluq və münasibətlərdən sonra mühüm bir dönüş nöqtəsi, çox böyük uğur oldu. Bu addım ölkələrimiz arasında dostluğun daha geniş perspektivlərini açdı - suvarma, kənd təsərrüfatı, kibertəhlükəsizlik və texnologiya sahələrində əməkdaşlıq üçün yeni imkanlar yaratdı. Bunlar əsas sahələrdir.

AZƏRTAC xəbər verir ki, bu barədə İsrail Dövlətinin Azərbaycandakı səfiri Corc Dik ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar keçirilən mətbuat konfransında bildirib.

"Həmçinin təhsil, tibb və digər sahələrdə də əməkdaşlığımız genişlənir. Bu sahələrdə İsrailin unikal təcrübəsi var. Sorğular göstərir ki, İsrail Azərbaycanda ən çox qəbul edilən, sevilən və müsbət qarşılanan ölkələrdən biridir. Son altı ildə apardığımız bütün sorğular eyni nəticəni göstərib", - deyə səfir vurğulayıb.

Seçilən
72
2
azertag.az

3Mənbələr