AZ

Metyu Brayza: “Gürcüstan Avropa ailəsindən çıxır, Rusiya orbitinə keçir” – ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin keçmiş yüksək vəzifəli rəsmisi Metyu Brayza "Independence Avenue Media"ya verdiyi müsahibədə Gürcüstanın dərin siyasi böhran yaşadığını bildirib. Onun sözlərinə görə, Gürcüstan artıq Avropa ailəsinin üzvü kimi qəbul edilmir və getdikcə Qərb üçün marağını itirir.

"Gürcüstan böhrandadır. Artıq əvvəlki kimi deyil. O, Avroatlantik ailəyə inteqrasiya yolundan çıxıb və bu, Rusiyanın planına uyğundur. Tbilisidəki bəzi şəxslərin də bu prosesdə rolu böyükdür. Gürcüstan Cənubi Qafqazın və Orta Dəhlizin bir hissəsi olsa da, Avropa və ABŞ üçün əhəmiyyətini itirir", - deyə Brayza vurğulayıb.

O, Gürcüstan hökumətinin Avropa İttifaqı ilə assosiasiya prosesini dayandırmaq qərarını sərt tənqid edib və bildirib ki, Aİ-nin sanksiyaları və bəyanatları Gürcüstan hakimiyyətinin artıq dost olaraq qəbul edilmədiyini göstərir. Brayza əlavə edib ki, yaxın gələcəkdə Gürcüstan vətəndaşları Aİ ilə vizasız rejimdən məhrum edilə bilər.

"Gürcüstan geosiyasi oyundan kənarlaşdırılıb və Rusiya orbitinə yönəlib. Gürcü liderlərinin ABŞ və Avropanın guya Gürcüstanı müharibəyə çəkməyə çalışdığı barədə dedikləri tamamilə yalandır və bu, açıq anti-Qərb təbliğatıdır. Bu hökumətə inam yoxdur, heç kim belə bir ölkəyə sərmayə qoymaq istəməz", - deyə Brayza bildirib.

O, Gürcüstanda illərlə qazanılmış nailiyyətlərin indi bir-bir məhv edildiyini və onların bərpasının çox çətin olacağını qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
46
olaylar.az

1Mənbələr