Olaylar.az xəbər verir ki, fərmana əsasən, hökumətə bir ay müddətində cihazların qeydiyyat qaydalarını yenidən nəzərdən keçirmək, proseduru daha sadə və əlçatan etmək, xidmət keyfiyyətini artırmaq tapşırılıb.
Həmçinin, fərmanda sistemin hazırkı xarici operatorunun əvəzinə dövlət və ya yerli təşkilatla əvəzlənməsi təklif olunur. Bu dəyişikliklər şəxsi məlumatların daha etibarlı qorunmasına, rəqəmsal suverenliyə və milli təhlükəsizlik maraqlarının qorunmasına xidmət edəcək.
Yeniliklərlə bağlı əhalini məlumatlandırmaq üçün maarifləndirmə kampaniyası keçiriləcək.
Fərmanın icrasına nəzarət Prezident Administrasiyasına həvalə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31