AZ

Brayza: Gürcüstan artıq Avropa ölkəsi deyil, Rusiyanın orbitinə keçir

TBİLİSİ, 25 iyul. TELEQRAF

Beynəlxalq ekspert, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü Metyu Brayza hesab edir ki, Gürcüstan böhran içərisindədir.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, o, bu fikri “Independence Avenue Media” nəşrinə müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, Gürcüstan artıq Transatlantik birliyə üzvlük yolunda addımlayan Avropa ölkəsi deyil.

“Gürcüstan artıq Transatlantik, hətta Avropa ailəsinin üzvü kimi nəzərdən keçirilmir. Hökumət assosiasiya üzrə səylərin dayandırıldığını bəyan edib”, - M.Bryaza deyib.

Ekspertin fikrincə, Gürcüstan Avropa geosiyasi oyunundan tam olaraq kənarda qalır və Rusiyanın orbitinə keçir.

“Avropa İttifaqı sanksiyalar tətbiq etməklə Gürcüstanın hazırkı hökumətini dost hesab etmədiyini bildirib. Hesab edirəm ki, Gürcüstan hökuməti də bu nöqteyi-nəzəri bölüşür. Bundan başqa, Gürcüstan vətəndaşlarının Avropa İttifaqına vizasız səfər hüquqlarını itirəcəkləri ilə bağlı böyük ehtimal mövcuddur”, - o əlavə edib.

Seçilən
16
teleqraf.com

1Mənbələr