Bakı.trend:
Sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Trend xəbərverir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında havanındəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağışyağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyiilə əvəz olunacaq.
Havanın temperaturu gecə +23 dərəcədən +27 dərəcəyədək, gündüz+33 dərəcədən +37 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadanaşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 70-75%, gündüz 40-45%təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı,şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysanxarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam tədricənkəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir dumanolacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə +23 dərəcədən +27 dərəcəyədək, gündüz+35 dərəcədən +40 dərəcəyədək, dağlarda gecə +10 dərəcədən +15dərəcəyədək, gündüz +22 dərəcədən +26 dərəcəyədək olacaq.