AZ

Fransa Fələstini dövlət kimi tanıyacaq

Fransta Fələstin dövlətini rəsmən tanıyacaq. Metbuat.az Fransanın “Le Monde” qəzetinə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron açıqlama verib. Dövlət başçısı bu qərarı sentyabr ayında keçiriləcək BMT Baş Assambleyasında rəsmi şəkildə bəyan edəcəyini bildirib. Fransa bu qərarı ilə Fələstini tanıyan ən böyük Qərb dövləti statusunu qazanacaq. Qeyd olunur ki, hal-hazırda dünyada 140-dan çox ölkə Fələstin dövlətini tanıyır.Makron rəsmi "X" hesabında paylaşdığı açıqlamada qeyd edib ki, hazırda əsas prioritet Qəzzada müharibənin dayandırılması və mülki əhalinin xilas olunmasıdır. Makronun bu açıqlaması İsrail və ABŞ tərəfindən sərt tənqid edilib. ABŞ Dövlət katibi Marco Rubio, Fransa rəhbərinin bu qərarını “HƏMAS-ın təbliğatına xidmət edən” və “7 oktyabr qurbanlarının xatirəsinə hörmətsizlik” kimi dəyərləndirib.

Ülkər Cəlilzadə / Metbuat.az

Seçilən
12
metbuat.az

1Mənbələr