Bakı, 25 iyul, AZƏRTAC
Azərbaycanda tələbələrin təxminən 50 faizi təqaüd alır.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli məlumat verib. O bildirib ki, bu göstərici peşə təhsilini, orta ixtisas təhsili və ali təhsili əhatə edir:
“Sonuncu dəfə 2023-cü ildə bütün təhsil pillələri üzrə tələbələrin təqaüdləri artırılmışdı.
Prezident İlham Əliyevin dünən imzaladığı Sərəncam tələbələrin sosial rifahının yaxşılaşdırılması, onların təhsil imkanlarının genişləndirilməsi, təhsilə əlçatanlığın artırılması istiqamətində atılan mühüm addımlardan biridir. Bu qərardan sonra tələbələrimiz daha yaxşı təqaüd almış olacaqlar”.
Nicat Məmmədli qeyd edib ki, təqaüdlər yeni tədris ilində sentyabr ayından tələbələrə veriləcək.