AZ

Tərkibi bilinməyən ətirlər: SƏHİYYƏ NAZİRLİYİNDƏN AÇIQLAMA

Ajans.az mövzunu aydınlaşdırmaq üçün Səhiyyə Nazirliyinə sorğu ünvanlandırıb.  Səhiyyə Nazirliyinin  Sanitar Karantin Mərkəzindən Ajans.az-a verilən məlumatda bildirilir ki, Respublika Sanitariya-Karantin Mərkəzi (RSKM) Əsasnaməsi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində qeyd edilən məhsulların ümumi təhlükəsizlik göstəricilərinə nəzarət tədbirlərini həyata keçirir.  RSKM birbaşa maddə yoxlaması aparmır. Məhsulun təqdim olunan sənədlərinə və laborator analiz nəticələrinə əsasən qiymətləndirmə aparır. Sanitariya və gigiyena norma və tələblərinə cavab verən və uyğun sənədlərlə təsdiqlənmiş məhsullarına idxalına icazə verir. 
Qurumdan deyilib ki, idxal olunan məhsullar, ətir və kosmetik məhsullar RSKM tərəfindən ətraflı yoxlanılır. Bu yoxlamalar məhsulun gigiyenik göstəricilərinə və standartlarına cavab verməsini təmin etmək məqsədilə aparılır. Bu sertifikat məhsulun təhlükəsiz olduğunu rəsmi şəkildə təsdiqləyir və istehlakçıların sağlamlığının qorunmasına xidmət edir.


Əgər laborator müayinələr zamanı toksikoloji, kimyəvi və ya mikrobioloji göstəricilər normativlərə uyğun gəlmirsə, həmin məhsula gigiyenik sertifikat verilmir.

Seçilən
74
Ajans.az

1Mənbələr