Dünya bazarında Brent neftinin qiyməti artmaqda davam edir. Dünən 68,82 dollara qədər yüksələn Brent neftinin bir bareli günü 68,58 dollardan tamamladı. Bu gün səhər saat 09:34-də isə qiymət 0,46% artaraq 68,90 dollara çatdı. Eyni saatda WTI (Qərbi Texas) markalı neftin bir bareli isə 66,27 dollardan alıcı tapdı.
News24.az xəbər verir ki, qiymət artımında ABŞ prezidenti Donald Trampın Yaponiya ilə tarifləri 25%-dən 15%-ə endirən razılaşmanı elan etməsi mühüm rol oynayıb. Avropa Birliyi və Hindistanla da bənzər razılaşmaların gündəmə gəlməsi, neftə olan tələbat proqnozlarını gücləndirib.
Hindistanın Ticarət naziri Piyush Goyal, ABŞ ilə razılaşmanın yaxın olduğunu açıqlayıb. ABŞ və Aİ arasında 30%-lik tarifin 15%-ə endirilə biləcəyi xəbərləri də bazarlarda risk iştahını artırıb. Prezident Tramp isə bildirib: “Əgər Aİ, Amerika şirkətləri üçün bazarını açarsa, biz də daha aşağı gömrük vergisi tətbiq etməyə hazırıq.”
Xeyrənsə Piriyeva