AZ

Sular çəkildi, məzarlar ÜZƏ ÇIXDI

Kayserinin Kocasinan rayonunda yerləşən Yamula Su Anbarında havaların istiləşməsi nəticəsində su səviyyəsi təxminən 200 metr geriləyib. Su səviyyəsinin bu dərəcədə çəkilməsi ilə Taşhan kəndində illər əvvəl su altında qalan köhnə evlər, yollar və hətta məzarlar yenidən üzə çıxıb.

News24.az xəbər verir ki, 70 yaşlı kənd sakini Abdullah Özdemir bildirib: “Bu il su çox çəkildi. Təxminən 150-200 metr gerilədi. Çəkilmə ilə köhnə evlərimiz, yollarımız və hətta məzarlarımız ortaya çıxdı. Vaxtilə bağlara gedən yollar su altında qalmışdı. İndi yollar yenidən görünməyə başlayıb və bağımıza gedə bilirik.”

Suyun çəkilməsi nəticəsində bir qayığın da su səthində deyil, artıq quruda qaldığı görülüb. Hadisə bölgədə həm maraq, həm də iqlim dəyişikliklərinin təsiri ilə bağlı narahatlıq yaradıb.

Xeyrənsə Piriyeva

Seçilən
24
news24.az

1Mənbələr